“Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu rəqəm 12 milyarda çatıb. Biz əlavə sərmayə qoyuruq, əlavə vəsait ayırırıq ki, Avropa ölkələrini bu məsələdə dəstəkləyək”.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.
“Beləliklə, həm ənənəvi enerji növləri, eyni zamanda, bərpa olunan enerji növləri ilə zəngin olan Azərbaycan Avropa üçün uzun illər bundan sonra əhəmiyyətli tərəfdaş kimi olacaqdır”, - deyə dövlətimizin başçısı bildirib.
Bolqarıstan Prezidenti Rumen Radev mayın 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər.
M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci km-də piyada keçidinin tikintisi artıq yekunlaşıb.